Bakının Heydər Əliyev prospektində 5 nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın baş vermə anının görüntüləri yayılıb.
Senzor.az bildirir ki, müvafiq video sosial şəbəkələrdə paylaşılıb.
Görüntülərdən aydın olur ki, yüksək sürətlə hərəkət edən “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq əvvəlcə işıq dirəyinə çırpılır, ardınca isə əks istiqamətdə hərəkətdə olan “Toyota Prius” markalı avtomobilin qarşısına düşür.
Sözügedən videonu təqdim edirik:
**16:29
Bakıda ağır yol qəzası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə "Mercedes" markalı avtomobilin "Toyota"nın qarşısına çıxması nəticəsində baş verib.
Nəticədə onlardan üçü hadisə yerində, ikisi isə xəstəxanada vəfat edib. Bunlar "Mercedes" markalı avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, onun sərnişinləri - 1994-cü il təvvəllüdlü Aytəkin Allahyarova, 1997-ci il təvəllüdlü Jalə Aslanova və 2001-ci il təvəllüdlü Könül Namazova, həmçinin "Toyota" markalı avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Pərviz Əlizadədir.
Faktla bağlı cinayat işi başlanılıb, araşdırma aparılır.
**14:38
Bakıda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
Senzor.az bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər Sabunçu Tibb Mərkəzinə təxliyə edilib: "Onlardan 1-i həkimlərin səylərinə baxmayaraq, yolda dünyasını dəyişib. Hazırda tibb müəssisəsində 1-nin müalicəsi davam etdirilir. Qeyd edək ki, hadisə nəticəsində həkimə qədər üç nəfər dünyasını dəyişib".
**13:39
Bakıda ağır yol qəzası olub, 3 nəfər ölüb.
Senzor.az bildirir ki, hadisə Nizami rayonunda, "Şəfa" stadionu yaxınlığında qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, qəza "Mercedes" markalı iki minik avtomobilinin iştirakı ilə baş verib. Həlak olanların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.