Hindistanın Maharaştra ştatının Nasik rayonunda kimyəvi zavodda partlayış baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, partlayış nəticəsində azı 2 nəfər ölüb, 17 nəfər yaralanıb.
Partlayış o qədər güclü olub ki, yaxınlıqdakı kəndlərdə eşidilib, yanğın və tüstü uzaqdan görünüb.
Zavoddan 19 nəfər xilas edilib, onlardan 17-si yerli klinikaya yerləşdirilib, yaralılardan dördünün vəziyyəti ağırdır.