Qobustanda dəhşətli qəza: cinayət işi açılıb - ÖLƏN SÜRÜCÜNÜN KİMLİYİ MƏLUM OLUB
YENİLƏNİB, FOTO/VİDEO



Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb, ölən sürücünün kimliyi məlum olub.


Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.


Qeyd edilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.


Bildirilib ki, hadisə zamanı ölən şəxs Heydərov Nizami Qədir oğludur.


Xatırladaq ki, yol-nəqliyyat hadisəsi bu gün Bakı-Qazax yolunun 55-ci km-də qeydə alınıb.


Belə ki, "Opel” markalı, 99-BH-926 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı, 99-ZD-593 dövlət qeydiyyat nişanlı və “KamAZ” markalı, 42-CB-514 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub. Hadisə nəticəsində avtomobillərdə yanğın başlayıb.


Əraziyə dərhal BDYPİ-nin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Daha sonra yanğın söndürülüb.


Nəticədə “Mercedes” markalı yanacaqdaşıyan avtomobilin sürücüsü həyatını itirib.("Report")

**10:42

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobildə baş verən yanğınla bağlı məlumat yayıb.

 

Senzor.az-ın xəbərinə görə, məlumatda deyilir ki, bu gun Bakı-Qazax yolunun 55-ci km-də yol-nəqliyyat hadisəsi nəticəsində baş vermiş yanğın tam olaraq söndürülüb.

 

Hərəkətin nizamlanması DYP əməkdaşları tərəfindən tənzimlənir.

 

Qəzada “Opel” markalı, 99-BH-926 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı, 99-ZD-593 dövlət qeydiyyat nişanlı və “KamAZ” markalı, 42-CB-514 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.

 

Nəticədə “Mercedes” markalı yanacaqdaşıyan avtomobilin sürücüsü həyatını itirib.

 

Faktla bağlı araşdırma aparılır.

 

**10.06

 

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobildə baş verən yanğın söndürülüb.

 

Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, bu gün səhər saatlarında FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobilin yanması barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

 

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

 

Hadisə nəticəsində, ilkin məlumata əsasən, bir nəfər həlak olub.

 

Yanğının söndürülməsi ilə yanaşı FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

 

**09:26


Bu gün saat 08:20 radələrində Bakı-Qazax yolunun 55 km-də - Qobustan ərazisində “KamAZ” markalı yük maşını yanacaqdaşıyan avtomobillə toqquşub.

 

Senzor.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bildirir ki, qəza nəticəsində yanacaqdaşıyan avtomobildə olan yanacaq dağılıb və yanğın başlayıb.

 

Yoldan keçən bir neçə avtomobil yanıb. Hadisə nəticəsində bir nəfər ölüb.

 

Hazırda Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədirlər.

 

Yanğının söndürülməsi istiqamətində iş aparılır.

 

Yolda təhlükəsizliyi təmin etmək və hərəkətin nizamlanması üçün də tədbirlər görülür.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.