Şəmkirdə maşında qumbara partladı: iki nəfər xəsarət aldı – PROKURORLUQ ARAŞDIRMA APARIR
YENİLƏNİB

Şəmkirdə avtomobildə qumbara partlaması faktını rayon prokurorluğu araşdırır.

 

Senzor.az-ın məlumatına görə, Baş Prokurorluğun Mətbuat Xidmətindən KİV-in sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 5-də, saat 17 radələrində Şəmkir şəhəri ərazisində VAZ 2107 markalı avtomobildə qumbara partlaması nəticəsində avtomobildə olan 1972-ci il təvəllüdlü Nəsib Heydərovun və 1990-cı il təvəllüdlü Binnət Qarayevin ağır dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Xatırladaq ki, xəsarət alanlar əvvəlcə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Orada onlara  ilkin tibbi yardım göstərilib. Sonra isə hər ikisi Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. 

 

Hazırda onların müalicəsi orada - reanimasiya şöbəsində davam etdirilir.

 

**19:56

 

Daxili İşlər Nazirliyi (DİN) Şəmkirdə valyutadəyişmə məntəqəsində qumbara partlaması, iki nəfərin xəsarət alması faktı barədə məlumat yayıb.

 

Senzor.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, ilkin araşdırmalar nəticəsində hadisənin Binnət Qarayev və Nəsib Heydərov sonuncuya məxsus “VAZ 2107” markalı avtomobildə olan zaman B. Qarayevin əlindəki qumbaranın partlaması nəticəsində baş verdiyi məlum olub. Hazırda B. Qarayevin qumbaranı haradan əldə etməsi və digər xüsusatlar barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


**19:21


Şəmkirdə şəhər ərazisində fəaliyyət göstərən valyuta dəyişmə məntəqələrinin birində partlayış olub.

 

Senzor.az-ın məlumatına görə, hadisənin məntəqəyə qumbara atılıması nəticəsində baş verdiyi bildirilir.

 

Hadisə nəticəsində 1972-ci il təvəllüdlü Nəsib Heydərov və 1990-cı il təvəllüdlü Binnət Qarayev xəsarət alıblar. Onların hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov jurnalistlərə bildirib ki, hadisə ilə bağlı Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gediblər. 

 

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxlərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.