Türkiyənin şimalındakı Sarıkamış şəhərində hotelin damı uçub.
Senzor.az bildirir ki, hadisə Birinci Dünya Müharibəsi zamanı Sarıkamış döyüşünün 108-ci ildönümünə həsr olunmuş kütləvi tədbir zamanı baş verib.
Hadisə nəticəsində 32 nəfər xəsarət alıb, onlardan 23 nəfərə yerində tibbi yardım göstərilib, 9 nəfər xəstəxanaya yerləşdirilib.
Sarıkamışın yerləşdiyi Qars vilayətinin qubernatoru Türker Oksyüz deyib ki, yaralananların həyatı üçün təhlükə yoxdur.