Yanvarın 8-də saat 01 radələrində Yevlax rayonu, Çənlibel qəsəbəsində 1980-ci il təvəllüdlü Anar Sadıqovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
Senzor.az DİN-in Mətbuat Xidmətinə istinadən bildirir ki, Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən onun, cinayəti törətməkdə şübhəli bilinən həmyerlisi, 1985-ci il təvəllüdlü Ramin Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
İlkin məlumata görə, tərəflər arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib.
A.Sadıqov əvvəllər Yevlax RPŞ-də polis serjantı kimi xidmət edib.
Araşdırmalar davam etdirilir.