Bakı metrosunda sərnişin dünyasını dəyişib.
Senzor.az bildirir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, təxminən 60 yaşlarında olan bir sərnişin halı pisləşdiyi üçün saat 07:45-də qatardan düşürülüb.
Ona dərhal ilkin yardım göstərilib, təcili tibbi yardım dəvət edilib.
Amma təcili tibbi yardım briqadasının bütün səylərinə baxmayaraq, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.