Oğuz rayonunda yolların buzlu olması səbəbindən idarəetmədən çıxan "Mercedes" markalı avtomobil yol kənarındakı ağaca çırpılıb.
Məlumata görə, hadisə Oğuz-Bayan avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.("Report")