Ermənistanda naməlum şəxs Qeqarkunik rayonundakı Vardenis polis bölməsinə qumbara atıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, partlayış nəticəsində xəsarət alan olmasa da, polis binasına ziyan dəyib.
Kustar üsulla hazırlanmış qumbaranın kim tərəfindən, hansı şəraitdə və nə məqsədlə atıldığını araşdırmaq üçün operativ qrup yaradılıb.