İstanbulun biznes mərkəzlərindən birində partlayış baş verib, ölənlər var.
Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
İlkin məlumata görə, hadisə mərkəzin binasında yerləşən tekstil məmulatlarının istehsalı studiyasında qeydə alınıb. Qəzaya səbəb qaz sızması olub.
Hadisə yerinə polis bölmələri, xilasedicilər və təcili yardım maşınları gəlib.