Xocavənd rayonu ərazisində əlində sursat partlayan şəxs ölüb.
Senzor.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bildirir ki, hadisə Ağburun adlanan ərazidə qeydə alınıb.
Ərazidə heyvan otaran çoban, 1971-ci il təvəllüdlü Elşən Hümbətov ərazidən tapdığı partlayıcı sursatla ehtiyatsız davrandığından partlayış baş verib. Nəticədə çoban hadisə yerində ölüb.
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə gediblər. Hadisə yerində təhlükəsizlik tədbirləri görüldükdən sonra E.Hümbətovun meyiti ərazidən götürülərək morqa təhvil verilib.
Araşdırma aparılır.