Latviya və Litvanı birləşdirən magistral qaz kəmərində güclü partlayış olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, partlayış nəticəsində yanğın baş verib.
Məlumata görə, alov təxminən 50 metr yüksəkliyə qalxıb. Şyaulyay-Pasvalis avtomobil yolunun bir hissəsi bağlanıb. Pasvalisdən təxminən dörd kilometr qərbdə yerləşən və 250-yə yaxın insanın yaşadığı Valakele kəndinin təxliyəsi aparılır.
O da qeyd olunur ki, Litvanın şimalına və Latviyaya təbii qaz daşıyan kəmər iki paralel xətdən ibarətdir. Partlayışın yalnız bir xətdə baş verdiyi, ikinci xətdə isə qaz axınının normal məcrada davam etdiyi bildirilir.