Türkiyənin Elazığ vilayətində Rixter cədvəli ilə 4,9 bal gücündə zəlzələ baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Türkiyə vaxtı ilə saat 06:36 qeydə alınan yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub.
Yerli hakimiyyət orqanlarından bildirilib ki, zəlzələnin təsiri araşdırılır.