Türk Hava Yollarına məxsus İstanbul-Tokio reysini həyata keçirən hava gəmisinin kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Senzor.az bildirir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Boeing 777 təyyarəsi yerli vaxtla saat 07:15-də Bakı hava limanına enib.
Sərnişinə tibbi yardım göstərilib, onun Bakıdakı klinikalardan birinə yerləşdirilməsinə qərara alınıb. Təyyarə saat 09:30-da Bakıdan Tokioya doğru istiqamət götürüb.