Gəncə şəhəri, Şahsevənlər küçəsində yerləşən Gəncə Dövlət Universitetinin Regional Kollecində yanğın baş verib.
Senzor.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən bildirir ki, ilkin araşdırma zamanı hadisənin qısaqapanmadan baş verdiyi, nəticədə tüstüdən 14 nəfərin zəhərləndiyi müəyyən edilib.
Hazırda həmin şəxslərin vəziyyəti stabil və qənaətbəxşdir və artıq yerləşdirildikləri xəstəxanadan evə buraxılıblar.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.