Lənkəranda bərbərxanada partlayış olub, xəsarət alan var.
"Report" xəbər verir ki, hadisə Lənkəran şəhəri, “Ləvəngi” dairəsi adlanan ərazidə qeydə alınıb.
Belə ki, 28 yaşlı Məhərrəm İsazadə fəaliyyət göstərdiyi bərbərxanaya gəlib qapını açıb içəri daxil olduqdan sonra elektrik lampalarını yandıran zaman partlayış baş verib. Nəticədə M.İsazadə hər iki əlindən və sifətindən yanıq xəsarətləri alıb. İlkin araşdırma zamanı partlayışın bərbərxananın yaxınlığından keçən qaz borularında sızmadan baş verdiyi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.