Yanvarın 21-dən 22-nə keçən gecə Ay Yerə 1000 il ərzində ən yaxın məsafədə olub
Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Ötən gecə Yerlə Ayın arasındakı məsafə 356.568 km olub. Belə ki, Ay Yer ətrafında elliptik orbit boyunca hərəkət etdiyindən Yerlə Ayın arasındakı məsafə daim dəyişir və orbitin apogey nöqtəsində Ay Yerdən ən uzaq ~405 km, perigeydə isə Yerə ən yaxın ~358 km məsafədə olur. Orbitin bu nöqtələri bədrlənmiş Ay fazası ilə üst-üstə düşürsə, Super Ay və ya mikro Ay müşahidə olunur. Lakin bu dəfə Ay təzə Ay fazasında olduğundan gecə səmasında Super Ayı müşahidə etmək mümkün olmayıb. Növbəti belə yaxınlaşma 345 ildən sonra baş verəcək.