Suriyanın ən böyük şəhəri Hələb yaxınlığında yerləşən və təxminən 30 nəfərin yaşadığı beşmərtəbəli bina uçub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə nəticəsində biri uşaq olmaqla, azı 15 nəfər həlak olub.
Daha 3 nəfərin dağıntılar altından çıxarıldığı bildirilir, lakin onların vəziyyəti barədə məlumat verilmir.
İlkin versiyaya görə, binanın uçmasına səbəb suyun sızması nəticəsində bünövrənin aşınması olub.
Hazırda xilasedicilər dağıntılar altında sağ qalanları və cəsədləri axtarırlar.