Yanvarın 22-si gecə saatlarında "Bakı Metropoliteni" QSC-də maşinist işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlunun halı “Avtovağzal” stansiyasının 98-ci piketində təsərrüfat qatarını idarə edən zaman qəfildən pisləşib və o, dünyasını dəyişib.
Senzor.az bildirir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Qeyd olunub ki, maşinist köməkçisinin dispetçerə məlumatı əsasında dərhal təcili tibbi yardım dəvət edilib: "Aidiyyəti strukturlara və maşinistin ailəsinə məlumat verilib. Metropolitenin gecə iş rejimi ilə bağlı hər hansısa problem yaşanmayıb...”.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.