Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunun Karaköy məhəlləsindəki Surp Pırgiç erməni katolik kilsəsinin yataqxana hissəsində yanğın olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, yanğın zamanı 3 partlayış səsi eşidilib.
Alovun qarşısı yanğınsöndürənlərin 4 saatlıq gərgin əməyindən sonra mümkün olub. Yanğın zamanı 2 nəfərin öldüyü, daha 2 nəfərin isə xəsarət aldığı bildirilir.
Hadisənin başvermə səbəbi bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.