Tovuzda ər və arvad dəm qazından boğulublar.
APA xəbər verir ki, hadisə ötən gün Bozalqanlı kəndində qeydə alınıb.
Kənd sakinləri - 1951-ci il təvəllüdlü Qüdrətova Güllüzar Həsən qızı və əri, 1952-ci il təvəllüdlü Qüdrətov Qulu İsfəndiyar oğlu yaşadıqları evin həyətyanı sahəsində yerləşən hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.