İranda güclü zəlzələ: yaralananların sayı 700-ə yaxınlaşıb
YENİLƏNİB


İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 700 nəfərə çatıb.

 

Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

 

Qeyd olunub ki, zəlzələ nəticəsində 2 nəfər ölüb, 660-dan çox insan isə yaralanıb. Qızıl Aypara Cəmiyyəti lazım gələrsə, zəlzələdən zərər çəkmiş ərazilərə texnika və işçi qüvvəsi göndərməyə hazır olduğunu bildirib.

 

Şəhərə dəyən ziyanın qiymətləndirilməsi üçün əraziyə işçi qrupu cəlb edilib.

 

**23:33(28.01.2023)

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 22:14-də Naxçıvan stansiyasından 108 km cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb.

 

Senzor.az bildirir ki, zəlzələ Naxçıvan Muxtar Respublikasında 5-3 bala qədər hiss olunub.

 

Zəlzələnin maqnitudası 6,2, dərinliyi isə 10 km olub.

 

**22:28


Naxçıvan Muxtar Respublikasında 5,3 bal gücündə zəlzələ olub.

 

Trend xəbər verir ki, yeraltı təkanlar saat 22:15 radələrində qeydə alınıb.

 

Zəlzələ 10-15 saniyə davam edib. İlkin məlumata görə dağıntı və tələfat yoxdur. 

 

Əlavə məlumat veriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.