Pakistanın Bəlucistan əyalətində avtobus qəzası nəticəsində azı 41 nəfər ölüb.
Bu barədə “Dawn” qəzeti məlumat yayıb.
Nəşr hadisə yerindən fotolar da yayıb.
Qeyd olunub ki, Kvettadan Kəraçi şəhərinə hərəkət edən və içərisində 48 sərnişinin olduğu avtobus magistral yolda körpünün dayağına çırpılaraq xəndəyə düşüb və yanıb.
Bildirilir ki, qəza avtobus sürücüsünün sürət həddini aşması səbəbindən baş verib.