Rusiyanın paytaxtı Moskvadakı "İzmailovo" konsert zalının işçiləri və qonaqları partlayış təhlükəsi ilə əlaqədar təxliyə ediliblər.
Bu barədə TASS Rusiyanın Fövqəladə Hallar Xidmətinə istinadən məlumat yayıb.
““İzmailovo” konsert zalında partlayış təhlükəsinin olması ilə bağlı anonim məlumat daxil olub. Təhlükəsizlik məqsədilə işçilər və ziyarətçilər təxliyə edilib", - agentliyin mənbəyi bildirib.
Mütəxəssislər binada və konsert zalına bitişik ərazidə partlayıcı əşyaların və ya maddələrin olub-olmadığını yoxlayırlar.
“Report” xatırladır ki, bu gün saat 18:00-da “İzmailovo” konsert zalında erməni rəqs məktəbinin konserti başlayıb.