Bu gün saat 16 radələrində Sumqayıt şəhər sakini Vüqar Məmmədov "Mercedes" markalı avtomobillə Beyləqan rayonunun ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili Yuxarı Qarabağ kanalına aşırıb.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Naziliyi Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Qəza nəticəsində sərnişinlər Sura Balayeva və Rəşad Məmmədov hadisə yerində ölüblər. Sürücü V.Məmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.