Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Senzor.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin İcrimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev bildirib ki, qəza Yevlax-Ağdam-Laçın yolunun 38-ci kilometrində, Bərdə rayonunun Kətəlparaq kəndi ərazisində qeydə alınıb.
“Niva” markalı, 90-EA-774 nömrə nişanlı avtomobillə “Mercedes” markalı, 34-BK-302 dövlət nömrə nişanlı maşın toqquşub. Hadisə nəticəsində 4 nəfər ölüb, iki nəfər xəsarət alıb.
Xəsarət alan şəxslər Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Beləliklə, hadisə nəticəsində ölənlərin sayı 5-ə çatıb.
Faktla bağlı araşdırma aparılır.