Şəmkir rayonunun Sabirkənd kəndində 28 yaşlı Qənirə Şərifova qətlə yetirilib.
Senzor.az-ın məlumatəna görə, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayonun Sabirkənd kənd sakini, 1995-ci il təvəllüdlü Qənirə Şərifovanın bıçaq xəsarətləri ilə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.
Dərhal polis və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə gedərək müvafiq araşdırmalar aparıblar. İlkin araşdırmalar zamanı qətli mərhumun qardaşı, 1992-ci il təvəllüdlü Şaiq Şəriflinin törətdiyi məlum olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb araşdırmalar davam etdirilir.