Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Diyarbəkir-Şanlıurfa şosesində hərəkət edən avtobus yolun buz bağlaması səbəbindən idarəetməni itirərək dərəyə aşıb. Qəza nəticəsində 4-ü ağır olmaqla 30 sərnişin xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasetmə qüvvələri cəlb olunub.
Yaralılar xəstəxanaya aparılıb.