Fevralın 4-də Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Senzor.az bildirir ki, hadisə rayonun Susay kəndi ərazisində qeydə alınıb.
“VAZ-21015” markalı minik avtomobilinin yoldan çıxaraq maneəyə çırpılması nəticəsində sürücü, 1995-ci il təvəllüdlü Elşən Qasımov ölüb, avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəzada həyatını itirən Elşən Qasımov Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun əməkdaşıdır. Onun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.