Paytaxtın Suraxanı rayonunda yol qəzası baş verib.
APA bildirir ki, hadisə Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.
Belə ki, taksi fəaliyyəti ilə məşğul olan sürücü “Toyota” markalı avtomobillə hərəkətdə olarkən onu yolayrıcı betona çırpıb.
Qəza nəticəsində sərnişinlər - 1983-cü il təvəllüdlü Hümbətova Samirə İsa qızı və 2000-ci il təvəllüdlü Quliyev Selnur Erlan oğlu müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.