Türkiyənin Afyonkarahisar əyalətində sərnişin avtobusu aşıb.
Türkiyə KİV-ləri xəbər verir ki, şəhərlərarası işləyən avtobus Diyabakırdan Bodruma gedirmiş.
Məlumata əsasən, qəza nəticəsində azı 8 nəfər həlak olub, 35 nəfər isə xəsarət alıb.
Bildirilir ki, avtobus yoldan çıxaraq aşıb.
Qəzanın səbəbi hələki məlum deyil.