Türkiyədə dalbadal zəlzələlər nəticəsində həlak olanların sayı 5 894 nəfərə, yaralananların sayı isə 34 min 810 nəfərə çatıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin Vitse-prezident Fuad Oktay canlı yayımda məlumat verib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Fevralın 7-də Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə daha bir zəlzələ olub.
Zəlzələlər 10 vilayətdə ciddi dağıntılara səbəb olub.
**22:46(07.02.2023)
Türkiyədə zəlzələ qurbanlarının sayı 5 434 nəfərə çatıb, 31 min 777 nəfər xəsarət alıb.
Senzor.az bildirir ki, məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
**21:26
Türkiyədə zəlzələ qurbanlarının sayı 4 544 nəfərə çatıb, 26 min 721 nəfər xəsarət alıb.
Senzor.az bildirir ki, məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
**20:21
Türkiyədə zəlzələ qurbanlarının sayı 3703 nəfərə çatıb, 22 min 286 nəfər xəsarət alıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.
**15:53
Türkiyədə zəlzələdə ölənlərin və yaralananların sayı sayı artıb.
Senzor.az xəbər verir ki, son məlumata görə, 3 549 nəfər həyatını itirib, 22 168 nəfər xəsarət alıb.
**13:45
Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 432-ə çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, təbii fəlakət nəticəsində 21 103 nəfər yaralanıb.
**12:41
Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 419-a çatıb.
Senzor.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 20 534 nəfər yaralanıb.
**11:00
Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 381-ə çatıb.
Senzor.az xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.
Zəlzələ nəticəsində 20 426 nəfər yaralanıb.
Təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.
**09:28
Türkiyədə ötən gün baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə çatıb.
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) direktoru Yunus Sezer məlumat verib.
Məlumata görə, təbii fəlakət zamanı yaralananların sayı 15 834 nəfərdir.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.
**02: 44
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 2 379 nəfərə çatıb. Yaralananların sayının isə 14 min 483 olduğu bildirilir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənənin vitse-prezidenti Fuad Oktay canlı yayımda məlumat verib.
“Anadolu” agentliyi isə axtarış-xilasetmə əməliyyatlarının 20 saatdan çoxdur davam etdiyini vurğulayaraq bildirib ki, güclü zəlzələlərin törətdiyi dağıntılar altından indiyədək 7840 nəfər xilas edilib.
**00:52
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 2 316 nəfərə, yaralananların sayı isə 13 min 293 nəfərə çatıb.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ nəticəsində dağılan binaların sayı isə 6217 olub.
**23:33(06.02.2023)
Türkiyədə güclü zəlzələlər nəticəsində həlak olanların sayı 1 762 nəfərə, yaralananların sayı isə 12 min 68 nəfərə çatıb.
Senzor.az bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
İndiyə olan son məlumata görə, zəlzələlər nəticəsində dağılan binaların sayı 5 606-dır.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.
Türkiyə təbii fəlakətlə bağlı NATO və Avropa İttifaqı da daxil olmaqla 45 ölkədən yardım təklifləri alıb. Bir müddət öncə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri zəlzələ bölgəsinə çatıb.
**21:36
Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1651-ə, yaralıların sayı isə 11 119-a çatıb.
Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Təbii fəlakət nəticəsində 3471 bina dağılıb.
**19:44
Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.
Senzor.az xəbər verir ki, hazırda brifinq keçirən Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib ki, zəlzələ nəticəsində həyatını itirənlərin sayı 1541 nəfərə çatıb.
Xəsarət alanların sayı isə 9 733 nəfər təşkil edir.
Zərər dəyən bina sayı isə 3 471-dir.
**18:35
Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1498-ə, yaralıların sayı isə 8 533-ə çatıb.
Senzor.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
**17:45
Türkiyədə zəlzələdə ölənlərin sayı 1121 nəfərə çatıb.
Türkiyə KİV-i xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ nəticəsində 7634 nəfər yaralanıb.
Bildirilib ki, təbii fəlakət zamanı 2824 bina dağılıb.
**16:10
Türkiyədə zəlzələdə ölənlərin sayı 1014 nəfərə çatıb.
Türkiyə KİV-i xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
**14:40
Bu gün saat 13:25 radələrində Türkiyənin zəlzələ baş verən ərazilərində yenidən şiddətli yeraltı təkan olub.
CNNTürk xəbər verir ki, təkan Türkiyənin bir çox bölgəsində hiss edilib.
Yeraltı təkan 7.8 bal gücündə olub.
**14:15
Türkiyədə zəlzələdə 912 nəfər həyatını itirib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, yaralıların sayı 5 385 nəfər təşkil edir.
**11:13
Türkiyədəki zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb.
Senzor.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 2323 nəfər yaralanıb.
F.Oktay bildirib ki, 1710 nəfər dağıntılar altında qalıb.
**08:58
Bakı vaxtı ilə saat 07.30-a olan məlumata əsasən, Türkiyənin 7 şəhərində qeydə alınan güclü zəlzələlər nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
Senzor.az bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
**07:10
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Kahramanmaraş şəhərində baş verən və bir çox bölgəyə təsir edən zəlzələdən sonra açıqlama yayıb.
Senzor.az bildirir ki, bu barədə dövlət başçısı “Tvitter”də yazıb.
“Kahramanmaraşda baş verən və ölkəmizin bir çox yerində hiss olunan zəlzələdən zərər çəkən bütün vətəndaşlarımıza keçmiş olsun deyirəm. AFAD-ın koordinasiyası ilə bütün müvafiq bölmələrimiz həyəcan vəziyyətindədir.
Axtarış-xilasetmə qruplarımız dərhal zəlzələdən zərər çəkmiş ərazilərə göndərilib. Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyi, AFAD, Valiliklər və digər bütün qurumlar sürətlə işə başlayıblar.
Zəlzələdən sonra başlayan işləri də koordinasiya edirik. Ümid edirik ki, birlikdə bu fəlakətdən ən qısa zamanda və ən az zərərlə çıxacağıq, fəaliyyətlərimizi davam etdiririk”, - Türkiyə lideri qeyd edib.
**
Türkiyənin Osmaniyə şəhərinin valisi Erdinç Yılmaz bildirib ki, şəhərdə 34 bina dağılıb, 5 nəfər həlak olub.
Adana şəhərində 17 və 14 mərtəbəli yaşayış binası tamamilə dağılıb.
Şəhərin meri Zeydan Karalar bildirib ki, ilkin məlumata görə, Adanada ümumilikdə 3 bina çöküb. Dağıntılar altında xeyli sayda insanın qaldığı güman edilir.
Şanlıurfa şəhərində də dağıntı və tələfat var. Vali Salih Ayhan qeyd edib ki, ilkin məlumata görə, 16 bina dağılıb. 10 nəfər ölüb. O, vətəndaşları yolları xilasedicilər üçün boşaltmağa çağırıb.
Malatya şəhərində isə 130 bina dağılıb, 100-dən çox yaralı var, dağıntılar altından 3 nəfərin meyiti çıxarılıb.
Şəhərin valisi Hulusi Şahin bildirib ki, axtarış-xilasetmə əməliyyatları davam edir.
**06:38
Türkiyənin Qaziantep şəhərində ölkədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb.
Senzor.az bildirir ki, bu barədə ölkənin AFAD məlumat yayıb.
Zəlzələnin ocağı 6.98 km dərinlikdə Nurdağı rayonunda qeydə alınıb. Afterşok Bakı vaxtı ilə saat 05:26-da baş verib.
Yeraltı təkanlar daha sonra yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss olunub.
Bu arada Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkədə baş verən güclü zəlzələdən ən çox zərər çəkən bölgələri açıqlayıb. Onun sözlərinə görə, yeraltı təkanlardan ən çox zərər çəkən şəhərlər Kahramanmaraş, Hatay, Qaziantep, Osmaniyə, Malatya və Adıyamandır: “Dörd afterşok oldu, ən böyüyü 6.6 bal gücündə”.
S. Soylu yeraltı təkanların həmçinin paytaxt Ankarada və Kayseridə hiss edildiyini vurğulayıb.
“Əl Ərəbiyyə” telekanalı isə yeraltı təkanların İraq və Livanın bəzi bölgələrində də hiss olunduğunu bildirib.
**05:56
Türkiyədə Kahramanmaraş şəhərində 7,4 gücündə zəlzələ olub.
Senzor.az bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb.
Zəlzələ Türkiyənin Mersin, Diyarbəkir, Adıyaman da daxil olmaqla bir çox şəhərində hiss olunub.
Zəlzələnin baş verdiyi ərazilərdə dağıntılar var. Ölənlərin və yaralananların olması istisna edilmir.