Suriyada da zəlzələ fəlakəti yaşanır: 1509 ölü, 3548 yaralı...
YENİLƏNİB, FOTO


Suriyada baş vermiş güclü zəlzələ nəticəsində 1509 nəfər ölüb, 3548 nəfər yaralanıb.


Bu barədə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası məlumat yayıb.


“Hazırkı hesablamalara görə, ən azı 4 min ailə evini itirib, 50 min ailənin təcili yardıma ehtiyacı var”, - məlumatda deyilir.


2023-02-06 22:57


Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 1 060 nəfərə çatıb.

 

Bu barədə “Əl Ərəbiyyə” məlumat yayıb.

 

Məlumata görə, təbii fəlakət nəticəsində daha 2 400 nəfər yaralanıb.

 

Ölkənin Səhiyyə Nazirliyindən verdiyi məlumata görə, axtarış-xilasetmə işləri davam edir, zərərçəkənlərin sayı arta bilər.

 

**21:54


Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 960-ı ötüb.

 

"Asharq Al-Awsat" telekanalı bildirib ki, daha 2 400 nəfər yaralanıb.

 

Bundan əvvəl 538 nəfərin öldüyü, 1 353 nəfərin isə yaralandığı bildirilirdi.

 

**21:14 


Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 538 nəfərə çatıb.

 

TASS xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, daha 1353 nəfər zərər çəkib.

**18::04


Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 430-a, yaralıların sayı isə 1 315 nəfərə çatıb. 


Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib. 


**10:29


Suriyanın şimalında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 237-yə çatıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, zəlzələ nəticəsində 639 nəfər xəsarət alıb. Hələb, İdlib, Latakiya və Həma əyalətlərində dağılmış binaların altında onlarla adam qalıb.

 

**07:44

 

Ocağı Türkiyədə qeydə alınan 7.4 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.

 

 

"Əl-Cəzirə" telekanalının məlumatına görə, Hələb və İdlib şəhərlərində yaşayış binalarının dağıntıları altından 6 nəfərin cəsədi tapılıb.

 

 

Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyənin mərkəzi və cənub ərazilərində güclü zəlzələ olub. Dağıntılar altında çox sayda insanların qaldığı bildirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.