Türkiyədə 5,3 bal gücündə daha bir zəlzələ olub.
Senzor.az bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd olunub ki, zəlzələnin episentri yerli vaxtla saat 06:13-də Adıyaman şəhərinin Gölbaşı rayonunda qeydə alınıb.
Zəlzələ yerin 8,13 kilometr dərinliyində baş verib.
Xatırladaq ki, dünən Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda yerli vaxtla saat 4:17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa saat 4:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 4:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalıt təkanlar baş verib.
Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.
Son məlumata görə, zəlzələdə ölənlərin sayı 2 921 nəfərə çatıb, 15 834 nəfər isə xəsarət alıb.