Türkiyədə zəlzələdə ölənlərin sayı 17 674-ə çatıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay məlumat verib.
F.Oktayın sözlərinə görə, təbii fəlakət zamanı 72 879 nəfər xəsarət alıb.
**22:29 (09.02.2023)
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 17 min 134-ə, yaralananların sayı isə 70 min 347-yə çatıb.
Senzor.az bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Axtarış-xilasetmə tədbirləri davam edir.
**19:48
Türkiyədə zəlzələ nəticəsində indiyədək 16 min 546 nəfərin həlak olduğu, 66 min 132 nəfərin yaralandığı təsdiqlənib.
Senzor.az bildirir ki, bu rəqəmləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsinə səfəri zamanı Kilisdə açıqlayıb.
Türkiyənin son yüz ilin ən böyük təbii fəlakətlərindən biri ilə üz-üzə qaldığını vurğulayan Rəcəb Tayyib Ərdoğan türk xalqının yaranmış çətinliklərin öhdəsindən mətanətlə gələcəyinə əminliyini ifadə edib. Bildirib ki, dövlət heç bir vətəndaşını sahibsiz qoymayacaq.
Zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatları 4-cü gündür ki, fasiləsiz davam edir. Əməliyyatlarda Azərbaycan xilasediciləri də yaxından iştirak edirlər. FHN-dən verilən son məlumata görə, xilasedicilərimiz Kahramanmaraşda 9-u uşaq olmaqla 44 nəfəri sağ, 164 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
**18:00
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 16 170 nəfərə çatıb.
Senzor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Osmaniyədə çıxışında deyib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 64 194 nəfər yaralanıb.
**15:41
Türkiyədə zəlzələdə ölənlərin sayı 14 351 nəfərə çatıb.
Senzor.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.
Onun sözlərinə görə, zəlzələdə yaralananların sayı 63 794 nəfərdir.
O qeyd edib ki, zəlzələ bölgəsinə zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinə ümumilikdə 113 318 nəfər şəxsi heyət və könüllü cəlb olunub.
**14:27
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 14 014-ə yüksəlib.
Bu barədə Qaziantepdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, zəlzələdə yaralananların sayı 63 794 nəfərdir.
Dağılan bina sayı isə 6444-dür.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.
**10:44
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 873 nəfərə çatıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində 62 937 nəfər yaralanıb.
**09:42
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 12 min 391 nəfərə, yaralananların sayı isə 62 min 914 nəfərə çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı növbəti məlumatda belə deyilir.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.