Türkiyədə əsrin fəlakəti adlandırılan zəlzələ nəticəsində həlak olanların sayı 35 min 418 nəfərə çatıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində daha 105 min 505 nəfər yaralanan var. Onlardan 13 208-i müalicəsini xəstəxanalarda davam etdirir
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 3 mindən çox afterşoklar qeydə alınıb.
Hazırda zəlzələ bölgəsində 35 min 249 xilasedici olmaqla, 249 mindən çox personal fəaliyyət göstərir. Təbii fəlakətdən zərər çəkən 200 minədək insan digər vilayətlərə təxliyə olunub.
Axtarış-xilasetmə əməliyyatları zəlzələnin 9-cu günündə də davam edir.
**15:09
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 31 974 nəfərə çatıb.
Senzor.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
2023-02-13 13:19
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 31 643 nəfərə çatıb.
Senzor.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
**2023-02-12 18:08
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 29 605 nəfərə çatıb.
Bu barədə Türkiyə Respublikası Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatda saat 15.55-ə kimi Kahramanmaraş mərkəzli zəlzələlərdə 29 605 nəfərin həyatını itirdiyini, 147 934 fəlakət qurbanının isə başqa vilayətlərə təxliyə edildiyini bildirib.
**01:06
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 24 617 nəfərə çatıb.
Senzor.az bildirir ki, bu barədə ölkənin Vitse-prezidenti Fuat Oktay məlumat verib.
**20:56 (11.02.2023)
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 22 min 327 nəfərə çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca canlı yayımda məlumat verib.
Onun sözlərinə görə, indiyədək təbii fəlakət nəticəsində 80 min 278 nəfər yaralanıb.
**18:24
Türkiyədə zəlzələdə ölənlərin sayı 21 848 nəfərə çatıb.
Bunu Şanlıurfada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, 80 104 nəfər yaralı var.
**15:35
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 21 043 nəfərə çatıb.
Senzor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbakırda çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 80 097 nəfər yaralanıb.
**09:58
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb, 91 511 nəfər isə yaralanıb.
Senzor.az bildirir ki, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı yeni məlumatda belə deyilir.
Qeyd olunub ki, aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 80 088 şəxs çıxarılaraq xilas edilib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.