Fevral ayının 10-da saat 12:05-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən 1 (bir) nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Senzor.az-a verilən xəbərə görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Xəlilov Şöhrət Oqtay oğlu dövlət sərhədini pozaraq 10 kiloqram 280 qram narkotik vasitə “marixuana”, 8 ədəd “metadon M-40” və 30 ədəd “namadol” həblərini ölkə ərazisinə keçirməyə cəhd edərkən sərhədçilər tərəfindən saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.