Gürcüstanda 3 zəlzələ oldu
BİR GÜNDƏ

Gürcüstanda bir gündə 3 zəlzələ olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ilk iki yeraltı təkan ölkənin qərbində qeydə alınıb.

 

Belə ki, Qomi yaşayış məntəqəsində əvvəlcə Rixter şkalası ilə 4,6, sonra isə 3,6 bal gücündə zəlzələlər baş verib.

 

3,1 bal gücündə 3-cü yeraltı təkana gəlincə, o, ölkənin cənubundakı Axalkalaki şəhərindən iki kilometr aralıda qeydə alınıb.

 

Zəlzələnin ocağı yerin 5 kilometr dərinliyində yerləşib.

 

İtki və dağıntılarla bağlı məlumat verilməyib.


Xatırladaq ki, Gürcüstan orta seysmik aktivliyə malik ölkədir. Gürcüstanda qeydə alınan ən güclü zəlzələ 7,0 bal gücündə 1991-ci ildə Raça və İmereti (Qərbi Gürcüstan) bölgələrində baş verib. Episentrdə intensivlik 9 bal olub. 

 

O vaxt bu zəlzələ 200-ə yaxın insanın həyatına son qoymuş, 46 minə yaxın ev və min sənaye obyekti dağılmışdı.

 

Senzor.az







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.