Bakıda mikroavtobusu yanan sürücü ürəktutmasından öldü – FOTO

Bakının Binəqədi rayonunda ölüm hadisəsi baş verib.

 

APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

 

Belə ki, 47 yaşlı Bəylərov İldırım Kamal oğlu idarəetməsində olan “Mercedes” markalı mikroavtobusla Gəncədən Bakıya sərnişin gətirib.

 

O, sərnişinləri Biləcəri dairəsində düşürərkən qəfil nəqliyyat vasitəsinin mühərrik hissəsində tüstülənmə baş verib.

 

Sürücü ətrafdan su tapıb gətirərkən yerə yıxılaraq keçinib.

 

Hadisə şahidləri dərhal təcili tibbi yardım çağırıblar. Amma... Həkimlər onun artıq ürəktutmasından öldüyünü bildiriblər.

 

Əraziyə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsinin və Binəqədi Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

 

Ölən sürücünün meyiti müayinə olunması üçün morqa yerləşdirilib.

 

İ.Bəylərovun dəqiq hansı səbəbdən öldüyü ekspertlər tərəfindən araşdırılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.