Türkiyədə ağır yol qəzası olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ankaradan Sinop istiqamətində hərəkət edən sərnişin avtobusu Kastamonuda sürücünün idarəetməni itirməsi nəticəsində qarşı zolağa keçərək aşıb.
Hadisə nəticəsində 30 nəfər yaralanıb. Əraziyə çoxlu sayda təcili yardım maşınları çağırılıb.
Yol-nəqliyyat hadisəsi ilə əlaqədar yolda maşınların hərəkəti müvəqqəti dayandırılıb.
Araşdırma aparılır.