Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlində şübhəli bilinən rayon sakinləri — 1985-ci il təvəllüdlü Afət Abdullayev və onun oğlu, 2004-cü il təvəllüdlü Təbriz Abdullayev saxlanılaraq istintaqa təhvil veriliblər.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib.
**23:21(13.02.2023)
Yevlaxda ata və oğlu bıçaqlanıb.
Senzor.az bildirir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Xəbər verildiyi kimi, fevralın 13-ü Yevlax rayon sakini Amin Əsədovun ölməsinə dair rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı zərərçəkmiş şəxsin atası, 1984-cü il təvəllüdlü Ramil Əsədovun da bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olması müəyyən edilib.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələri ilə cinayət işi başlanıb.
Hadisəni törədən şəxs(lər)in müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
**21:43
Yevlaxda 20 yaşlı gənc bıçaqlanaraq öldürülüb.
Senzor.az bildirir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Qeyd olunub ki, fevralın 13-ü saat 20:30 radələrində 2003-cü il təvəllüdlü Yevlax rayon sakini Amin Əsədovun çoxsaylı bıçaq xəsarətləri ilə gətirildiyi rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hadisəni törədən şəxs(lər)in müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.