Paytaxtda ölümlə nəticələnən yol qəzası baş verib.
Modern.az-ın məlumatına görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
81 saylı marşrut avtobusu yolu keçən iki piyada - 1990-cı il təvəllüdlü Amin Budaqov və 1979-cu il təvəllüdlü Rəsul Tomayevi vurub. A. Budaqov hadisə yerində ölüb, R. Tomayev isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb.