Türkiyənin Hatay şəhərinin Arsuz rayonundan 5,64 km məsafədə - Aralıq dənizində 5,1 bal gücündə zəlzələ olub.
Senzor.az bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Ocağı 9,26 km dərinlikdə olan təbiət hadisəsi Bakı vaxtı ilə saat 23:47-də qeydə alınıb.
Yerli KİV-də yayılan məlumata görə, zəlzələ nəticəsində fevralın 6-da baş vermiş güclü yeraltı təkanlardan zərər çəkmiş bir neçə bina çöküb.
Zəlzələ Türkiyə ilə yanaşı Suriya və Livanda da hiss edilib.