Bakı-Quba yolunun Siyəzən rayonunun Beşdam kəndi ərazisində "Mercedes Vito" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində ölənlərin şəxsiyyəti müəyyənləşib.
Hadisə nəticəsində "Mercedes Vito" markalı avtobilin sərnişinləri – 34 yaşlı İsmayılova Aygün Eldar qızı, 38 yaşlı Vəliyeva Aygün Vidadi qızı və "Opel" markalı avtomobilin sürücüsünün anası, Siyəzən şəhər sakini Hümbətova Qənimət Əlisahib qızı ölüblər.
Qəzada dünyasını dəyişən Aygün İsmayılova və Aygün Vəliyeva Siyəzən rayonunun Feyruz Cəlilov adına Məşrif kənd tam orta məktəbinin müəllimləridir.
**10:00
Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 3-ə çatıb.
Senzor.az TƏBİB-ə istinadən bildirir ki, qəzada xəsarət almış 8 nəfər Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib: "Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hadisə nəticəsində aqonal vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir) müalicəsi Reanimasiya şöbəsində, 5 nəfərin (vəziyyətləri orta ağır qiymətləndirilir) müalicəsi isə Təcili tibbi yardım bölməsində davam etdirilir".
**09:18
Siyəzən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC bildirir ki, hadisə rayonun Beşdam kəndi ərazisində qeydə alınıb.
"Mersedes Vita" markalı avtomobillə "Opel" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində iki nəfər dünyasını dəyişib, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.