Bakıda odlu silah satmaq istəyən şəxs yaxalanıb.
Məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları üzərində qanunsuz odlu silah-sursat gəzdirən Vüsal Əzimovu saxlayıb.
Üzərinə baxış zamanı ondan 1 ədəd “Naqan” markalı tapança və 3 ədəd patron aşkar edilərək götürülüb.
Vüsal Əzimov odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.