Pakistanın Karaçi şəhərində silahlı şəxslər polis idarəsinə hücumu edib.
Xəbərə görə, qarşıdurma nəticəsində aralarında təhlükəsizlik əməkdaşlarının da olduğu 4 nəfər həyatını itirib, hücum edən 2 şəxs zərərsizləşdirilib, 18 nəfər isə yaralanıb.
Səlahiyyətlilərin bildirdiyinə görə, 2 hücumçu özünü partladıb.
Hücum edən şəxslər binaya polis formasında daxil olublar.