Bakıda oğurluq və narkotik dövriyyəsində şübhəli bilinənlər tutulub
FOTO

Nizami rayonu Keşlə qəsəbəsində yerləşən marketlərdən silsilə oğurluq edilib.


DİN-in mətbuat xidmətindən Senzor.az-a verilən xəbərə görə, naməlum şəxslər obyektlərə daxil olaraq orada olan kassa aparatı, pul, tütün məmulatları və saxlanc yerindən bir ədəd dəyəri 900 manat olan fotoaparat oğurlayıblar. Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Alıbəy Abdurəhimov, Ədhəm Alubeydi və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb. Bu şəxslərin mağazalardan oğurluqlar etməsi təhlükəsizlik kameraları vasitəsi ilə anbaan lentə alınıb.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı Keşlə və “NZS” qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Orxan Alıyev saxlanılıb. Bu şəxsdən narkotik vasitə heroin və metamfetamin aşkar edilib. O, ifadəsində narkotikləri Peyman adlı şəxsdən aldığını bildirib. Bölmə əməkdaşları tərəfindən həmin şəxs – Peyman Əliyev də saxlanılıb. Onun üzərindən isə 1 kiloqrama yaxın heroin və marixuana aşkar edilib.


Faktlarla bağlı araşdırmalar davam etdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.