Tərtərdə baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
Senzor.az-ın məlumatına görə, 32 yaşlı Namiq Allahverdiyev 44 yaşlı Asəf Məmmədovun evində usta-bənna kimi işləyirmiş.
Asif Məmmədov həyat yoldaşı Gülnar Məmmədova ilə N. Allahverdiyevin yaxın münasibətlərindən şübhələnib. Bu gün səhər saatlarında A. Məmmədov evinə qayıdarkən həyat yoldaşını N. Allahverdiyevlə yataqda tutub. O, odlu silahla N. Allahverdiyevi qətlə yetirdikdən sonra arvadının da başını kəsib.
Qeyd edək ki, əri tərəfindən öldürülən Gülnar Məmmədova Tərtər Rayon İcra Hakimiyyətinin İqtisadiyyat şöbəsində baş məsləhətçi vəzifəsində çalışırmış.
**10:44
Fevralın 19-u saat 09:40 radələrində Tərtər sakinləri - 1981-ci il təvəllüdlü Gülnar Məmmədovanın və 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevin ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Senzor.az Baş Prokurorluğa istinadən bildirir ki, Tərtər Rayon Prokurorluğu və yerli polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın isə kəsici-deşici alətlə sonuncunun əri - 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.