İranda 5,1 bal gücündə zəlzələ olub.
Senzor.az bildirir ki, bu barədə Avropa – Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri İranın Bəndər Abbas şəhərindən 117 kilometr şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
İtkilər və dağıntılar barədə hələlik məlumat yoxdur.
Xatırladaq ki, fevralın 21-də Bəndər Abbas şəhərindən 113 kilometr məsafədə də zəlzələ qeydə alınmışdı - 5,3 bal gücündə.