Naxçıvan Muxtar Respublikasının Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Çalxanqala kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri V.Ağaməmmədov, O.Xudaquliyev, Ş.Ağaməmmədov və A.Ağaməmmədov saxlanılıb.
Onlardan qanunsuz saxlanılan “İJ-18”, “Cifsa” və “TOZ-63” markalı 4 ov tüfəngi götürülüb.
V.Ağaməmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan ovladıqları 1 ədəd dağ keçisi, 4 ədəd patron və 1 ədəd patron qatarı aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.